Orucovla Heydərov AÇ-nın 14 finalına çıxıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Orucovla Heydərov AÇ-nın 14 finalına çıxıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Orucovla Heydərov AÇ-nın 14 finalına çıxıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın cüdoçular arasında keçirilən Avropa çempionatı davam edir. Birinci günü yığmamız üçün uğursuz olan qitə çempionatının ikinci günündə iki cüdoçumuz - yığmaının liderlərindən sayılan Rüstəm Orucovla Hidayət Heydərov tatami üzərinə çıxıb. Maraqlıdır ki, 73 kq-da çıxış edən hər iki təmsilçimiz ilk iki görüşünü qələbə ilə başa vuraraq, 14 finala çıxıb. Rüstəmov ardıcıl olaraq, Coşua Qrin (İrlandiya) və ukraynalı Aleksandr Koşlyakı, Heydərovsa polşalı Adam Stodolski və slovakiyalı Martin Xojakı məğlub edib. Cüdoçularımızın mübarizəsi davam edir.

Xatırladaq ki, start günü tatamiyə çıxan 6 (ikisi qadın) cüdoçumuzdan heç biri mükafatçılar sırasına düşə bilməyib.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]