Üzgüçülərimiz Çexiyada daha iki medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Üzgüçülərimiz Çexiyada daha iki medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Üzgüçülərimiz Çexiyada daha iki medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Ramil gümüş, Şeyxəlizadəxangahsa bürünc medal qazanıb

 

Çexiyanın Ostrava şəhərində üzgüçülük üzrə keçirilən və azərbaycanlı idmançıların da qatıldığı beynəlxalq turnir davam edir. Turnirin növbəti günü Azərbaycan yığmasının aktivinə biri gümüş, digərisə bürünc əyarlı olmaqla daha iki medal yazılıb. Gümüş medalı 200 metr məsafəyə batterflyay üsulu ilə üzməkdə Ramil Vəlizadə, çürünc medalı isə elə həmin üsulla 50 metr məsafəyə üzən Məryəm Şeyxəlizadəxangah qazanıb. Xatırladaq ki, Məryəm bir gün öncə isə sərbəst üsulla 50 metr nəsafəyə üzməkdə də bürünc medal qazanmışdı. Bu onun Ostrava turnirində ikinci medalıdır.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]m