Masallının 5 futbol komandası Pley-off mərhələsində (AZpress.AZ, Akif Ağayev, +FOTO=5)

Masallının 5 futbol komandası Pley-off mərhələsində (AZpress.AZ, Akif Ağayev, +FOTO=5)

Masallının 5 futbol komandası Pley-off mərhələsində (AZpress.AZ, Akif Ağayev, +FOTO=5)

 

“UGİŞM” və “Azad FK” 3 yaş qrupu üzrə fərqlənib

 

2021/2022-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 10, 11, 13 yaşadək keçirilən zona yarışlarını Masallı futbolçuları uğurlu nəticələrlə başa vurublar.

 

“Azad FK” (Cəlilabad zonası üzrə) U-10 liqasında, “UGİŞM” isə (Lənkəran və Cəlilabad zonası üzrə) U-10, U-11 və U-13 liqasında rəqiblərindən fərqləniblər.

 

Beləliklə, Masallının 5 futbol komandası növbəti Pley-off mərhələsinə vəsiqə qazanıb.

 

Məlumat üçün bildirək ki, “UGİŞM” komandasını yarışlara baş məşqçi Rövşən Süleymanov, məşqçi Bəhruz Rəhimov, “Azad” futbol klubunu isə yarışlara baş məşqçi  Bəxtiyar Mehrəliyev və məşqçi Rüstəm Babayev hazırlayıb.

 

Qeyd edək ki, yarışların keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi, onların ustalığının yüksəldilməsi ilə klublara hazırlanması və yığma komandalara cəlb olunmasıdır.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]