Şah Mat Teatrında premyera olacaq

Şah Mat Teatrında premyera olacaq

Mayın 26-da Müstəqil Şah Mat Teatrında dünya şöhrətli Alman şair-dramaturqu, mütəfəkkiri Y.V.Hötenin “Gənc Verterin iztirabları”əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.


Şah Mat Teatrının bədii rəhbəri Mir Qabil Əkbərovun amansız teatr üslubunda quruluş verdiyi tamaşada rolları Fərid Vəliyev,Günel İmanova,Cavid Cavadzadə,Fərid Kazakov, Ellada Abdullazadə ifa edəcək.


Xronometrajı 1 saat səhnə əsərinin ssenari müəllifi Mirtalib Həsənov, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Səid Abbasovdur.


Qeyd edək ki, tamaşa 13+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından əldə bilərsiniz.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]