İstedadlı yazar Ulduz Qasim (Ulduz İmanova) yeni çapdan çıxmış 3 kitabılə oxucuların görüşünə gəldi

İstedadlı yazar Ulduz Qasim (Ulduz İmanova) yeni çapdan çıxmış 3 kitabılə oxucuların görüşünə gəldi

 İstedadlı yazar Ulduz Qasim  (Ulduz İmanova)
yeni çapdan çıxmış 3 kitabılə oxucuların görüşünə gəldi


Qələmini həm publisistikada, həm də şeirdə sınayan, qəlbi daim vətən sevgisiylə dolu tələbə yoldaşım, istedadlı yazar Ulduz Qasim (Ulduz İmanova) yenicə çapdan çıxmış daha 3 kitabı ilə oxucularının görüşünə gəldi. Moskvada yaşayıb yaradan həmkarımız Vətəndə az-az olsa da, yurdun ağrı-acısıyla maraqlanaraq bu olaylarla yaşaya bilən və bütün düşüncələrini publisist bir qələmlə romanlara, povestlər, esse və hekayələrə çevirən yazıçı mayın 6-da saat 13:00-da Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasında yeni çapdan çıxmış 3 kitabı - "Qaçaq Aslan", "Qarabağda qiyamət" və "Ağ göyərçinlər"lə oxucularının görüşünə gəldi. İmza gününə və təqdimat mərasiminə yazarın tələbə yoldaşları, dost-tanışları, sevimli oxucuları, keçdikləri qəhrəmanlıqla dolu döyüş yolundan yazdıqları şəhidlərimizin valideynləri, qazilərimiz, jurnalist həmkarları, kitabların naşirlər və s. ictimaiyyət nümayəndələri toplaşmıdılar. "Ağ göyərçinlar" və "Qarabağda qiyamət" kitablarının redaktoru, Xalq qəzetinin əməkdaşı, əməkdar jurnalist Tahir Aydınoğlu, əməkdar jurnalistlər Zemfira Məhərrəmli və Antiqa Qonaq, Fimar Asimqızı, Rahila Gulgun, Mədət Əyyuboglu, Məhəmməd Nərimanoğlu, Fatma Aliyeva Aslan, Mahirə Vəliyeva, Məlakə Qədirova, Müqəddəs Mehdiyev, Beytulla Ersalam Borci, Şuşa Fatehin şəhid Fərid Ələkbərovun anası Şukufə xanım, şairə, el ağbircəyi Şövkət xanım, yazarın sinif yoldaşı, şəhid Həsən Həsənlinin qardaşı Rəcəb Həsənli, "Kedro" qəzetinin təsisçisi, istedadlı yazar Əlirza Xələfli, Zərnişan Agaqızı, Fazil Güney, kitabxananın müdiri Aslan müəllim, şəhid ailəsindən olan Adil Hüseynov, şairə Elmira Aslanxanlı Turan, Vasif Şuşalı, Zakir müəllim, Akif Dənizzadə, Qənimət Səfərov və başqaları çıxış edərək Ulduz Qasımın yaradıcılığının müxtəlif çalarlarından, toxunduğu aktual və vacib mövzulardan, məhsuldar, həm də olaylara fərqli baxış sərgiləyən bir yazar kimi geniş oxucu kütləsinə malik olduğundan danışdılar. Sonda yazar Qarabağ mövzusuna təkrar-təkrar müraciət edəcəyini, igid döyüşçülərimizin qəhrəmanlıqlarla dolu həyat yollarına yeni roman, povest, esse və hekayələr həsr edəcəyini bildirdi.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]