Ulu Öndərin ad günü Lənkəran Dövlət Dram Teatrında qeyd olunub -(AZpress.AZ, Ağaddin Babayev+FOTO=10)

Ulu Öndərin ad günü Lənkəran Dövlət Dram Teatrında qeyd olunub -(AZpress.AZ, Ağaddin Babayev+FOTO=10)

Ulu Öndərin ad günü Lənkəran Dövlət Dram Teatrında qeyd olunub-(AZpress.AZ, Ağaddin Babayev+FOTO=10) 

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Lənkəran Dövlət Dram Teatrı və Həzi Aslanov adına 3 saylı Lənkəran şəhər tam orta məktəbinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

 

AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan teatrın direktoru Tofiq Heydərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri, elmə, təhsilə, mədəniyyətə verdiyi tohfələr barədə bəhs edib.

 

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişini xilaskarlıq missiyası kimi səciyyələndirən natiq bildirib ki, bu gəlişlə dövlət və xalq böyük bəlalardan qurtuldu, Azərbaycan məhv olmaqdan xilas edildi. Ali Baş Komandanın müzəffər sərkərdəliyi ilə uzun illər ərzində davam edən münaqişənin 44 gün ərzində tam Zəfərlə yekunlaşdığını qeyd edən T.Heydərov vurğulayıb ki, Prezident İlham Əliyevin azad edilmiş Qarabağda ucaltdığı müqəddəs bayrağımız həm şəhidlərimizin, həm də Ulu Öndərimizin ruhlarına ən böyük ehtiram abidələsidir.

 

Teatrın direktoru daha sonra rəhbərlik etdiyi yaradıcı kollektivin fəaliyyəti, gələcək planları, qarşıda duran vəzifələrdən söz açıb. Teatrda daha çox aktyorlara ehtiyac duyulduğunu qeyd edən T.Heydərov bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini dilə gətirib.

 

Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdiri Ülviyyə Əliyeva, Həzi Aslanov adına 3 saylı Lənkəran şəhər tam orta məktəbin direktoru Aqil Sadiyev və digərləri çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tarixində müstəsna xidmətlərindən, müasir Azərbaycan dövlətçilik ənənələrinin formalaşmasındakı rolundan bəhs ediblər.

 

Tədbirin sonunda Lənkəran Dövlət Dram Teatrının və Həzi Aslanov adına 3 saylı Lənkəran şəhər tam orta məktəbinin birgə layihəsi əsasında şagirdlərin ifasında ədəbi-bədii kompozisiya və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf edilmiş (ideya müəllifləri Tofiq Heydərov və Aqil Sadiyev, quruluşçu rejissoru Günel Hüseynova) Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik tamaşası nümayiş etdirilib.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]