Şuşa həbsxanasına dair qorxunc həqiqətlər AzTV-nin "Səhər açılsın" filmində (+FOTO=4, +VİDEO)

Şuşa həbsxanasına dair qorxunc həqiqətlər AzTV-nin "Səhər açılsın" filmində (+FOTO=4, +VİDEO)

Şuşa həbsxanasına dair qorxunc həqiqətlər AzTV-nin "Səhər açılsın" filmində 

 

Azərbaycan Televiziyası (AzTV) Birinci Qarabağ müharibəsi zamanı Şuşa həbsxanasında saxlanılan əsirlər barədə film hazırlayıb.

 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, "Səhər açılsın" adlanan filmin qəhrəmanları Şuşa həbsxanasında əsirlikdə olmuş Həbib Kazımov, Zahid Həsənov və Camaləddin Hüseynovdur.

 

Filmdə 3 əsirin timsalında Şuşa həbsxanasındakı dəhşətlər, orada saxlanılan azərbaycanlıların başlarına gələnlər barədə məlumat verilir, onların yaşadığı ağır həyat şəraitindən bəhs olunur. Bununla yanaşı, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra baş verənlər və Şuşa həbsxanasındakı azərbaycanlılara dəhşətli işgəncələr edən şəxslərin həbs olunmasına dair görüntülər də "Səhər açılsın"da öz əksini tapıb.

 

Filmin layihə rəhbəri Elçin Musaoğlu, prodüseri Fatimə Əzimova, ssenari müəllifi və quruluşçu rejissoru Pərviz Həsənov, rejissoru isə Elvin Mirzəyevdir. "Səhər açılsın" 8 may tarixində AzTV-də yayımlanıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]