Lənkəranda Ümummilli Liderin ad günü hörmət və ehtiramla yad edilib (AZpress.AZ, Ağaddin Babayev +(FOTO=6)
Bu xəbəri paylaş
Lənkəranda Ümummilli Liderin ad günü hörmət və ehtiramla yad edilib (AZpress.AZ, Ağaddin Babayev +(FOTO=6)
Mayın 10-da da səhər saatlarından başlayaraq rayon ictimaiyyəti Lənkəran şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini sonsuz hörmət və minnətdarlıq hissi ilə anıblar.
AZpress.AZ xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri Ulu Öndərin abidəsi önünə tər gülllər düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin əks olunduğu foto stendə baxış keçirilib.
Tədbirin davamı kimi Lənkəran şəhər Mədəniyyət Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan video çarx nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





