Ağcabədidə Ulu Öndərin anadan olmasının 99-cu ildönümü qeyd edilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=20)

Ağcabədidə Ulu Öndərin anadan olmasının 99-cu ildönümü qeyd edilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=20)

Ağcabədidə Ulu Öndərin anadan olmasının 99-cu ildönümü qeyd edilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=20)

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Ağcabədidə silsilə tədbirlər keçirilib.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, mayın 10-da rayon icra hakimiyyətinin əməkdaşları, ziyalılar, gənclər, idarə və müəssisələrin kollektivləri, media mənsubları dahi rəhbərin Ağcabədi Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış əzəmətli abidəsini ziyarət ediblər. Ziyarətə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri qatılıblar. İştirakçılar ulu öndərin əziz xatirəsini yad edib, abidəsi önünə tər-çiçək dəstələri düzüblər. Ziyarət gün ərzində davam etdirilib, Heydər Əliyevin adını daşıyan meydanda yubiley münasibətilə Ulu öndərimizə, Vətənimizə həsr olunmuş musiqi parçaları səsləndirilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]