Opera studiyasında Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib (AZpress.AZ, İ.Nəriman, +FOTO=10)

Opera studiyasında Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib (AZpress.AZ, İ.Nəriman, +FOTO=10)

Opera studiyasında Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib (AZpress.AZ, İ.Nəriman, +FOTO=10)

 


10 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera studiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

 

Öncə Azərbaycanın himni səsləndirildi, sonra vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Sonra tədbirdə ATGTİ-nin baş katibi Orduxan Qəhrəmanzadə ön sözlə çıxış edib, Ulu öndər Heydər Əliyev haqqında video-çarxı tamaşaçılara təqdim etdi.
Ardınca bədii hissəyə yer verildi.

 

Bədii hissədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Cəmalə Abdinzadə, Leyla Quliyeva, Kamilla İmanova, İlahə Məmmədova, Respublikanın Əməkdar artisti Naala Barateliyanın bədii rəhbəri olduğu "Sədəf" xoru, Amaliya Ağayeva, Emin Məmmədov və Xalq Artisti Yusif Qasımovun bədii rəhbərbərliyi ilə Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında rəqs nömrəsi dinləyicilərə təqdim olundu.

 

Konsertdə A.Skryabin, N.Əliverdibəyov, V.Azaraşvili, M.Maqomayev, Ü.Hacıbəylinin əsərləri səsləndirildi.
Təntənəli konsert hər kəs tərəfindən böyük maraqla qarşılanaraq, gurultulu alqışlarla sona çatdı.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]