Sənan Nəcəfov: Ukrayna millisinin formasında Azərbaycan bayrağı

Sənan Nəcəfov: Ukrayna millisinin formasında Azərbaycan bayrağı

 Ukrayna millisinin formasında Azərbaycan bayrağı


Futbol üzrə Ukrayna milli komandası üçün xüsusi forma hazırlanıb.
Futbolinfo.az Ukrayna Futbol Assosiasiyasının (UAF) rəsmi saytına istinadən xəbər verir ki, formanın üzərində ölkənin xəritəsi təsvir olunub.
Dövlət sərhədləri ukraynalılara yardım göstərən ölkələrin bayraqlarının olduğu xətlərlə göstərilib. Həmin ölkələr arasında Azərbaycan və Türkiyə bayraqları da var.
Xəritənin ortasında “Ukrayna naminə birləşmə” mənasını verən “United for Ukraine” yazısı yer alıb. Formanın arxa hissəsində isə müharibə nəticəsində dağıdılmış Ukrayna şəhərlərinin adları qeyd olunub.
UAF prezidenti Andrey Pavelko bildirib ki, yığma bu formalardan yalnız DÇ-2022-nin pley-off matçlarına hazırlıq matçlarında istifadə edəcək. Bundan sonra formada göstərilən yaşayış məntəqələrinin hər birinə yerli muzeylər üçün bir köynək veriləcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]