Beynəlxalq İqlim Günü ərəfəsində tədbir keçirilib

Beynəlxalq İqlim Günü ərəfəsində tədbir keçirilib

Beynəlxalq İqlim Günü ərəfəsində Milli Hidrometeorologiya Xidmətinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində “Şuşanın istixana qazlarından azad yaşıl iqtisadi inkişafı perspektivləri” mövzusunda tədbir keçirilib.


Tədbirdə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri, BDU-nun professor-müəllim heyəti və tələbələr  iştirak edib.


Tədbiri giriş sözü ilə açan Xidmət rəisi Umayra Tağıyeva iqlim dəyişmələri, onun nəticələri və bununla bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsi, ölkədə meşə sahələrinin genişləndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması barədə iştirakçılara məlumat verib.


Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, “netto sıfır emissiya” və “yaşıl enerji” zonasının yaradılmasının ölkənin ekoloji təhlükəsizlik və dayanıqlı inkişafına töhfə verəcəyini vurğulayıb.


Tədbirdə ölkəmizin COP 26 çərçivəsində iqlim dəyişikliyinin təsirinin azaldılması səylərini dəstəkləmək məqsədilə bir sıra beynəlxalq təşəbbüslərə qoşulduğu da diqqətə çatdırılıb.


Sonda Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı olmaqla yanaşı, ekoloji təmiz, yaşıl iqtisadi inkişaf mərkəzi kimi dünyanın ən cəlbedici məkanı, elmi, mədəni mərkəzinə çevrilməsi üçün ardıcıl effektiv fəaliyyətin həyata keçirildiyi vurğulanıb, təqdimatlar nümayiş etdirilib.


Xatırladaq ki, 15 may bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd dünyanın dayanıqlı inkişafı üçün iqlim dəyişmələri ilə mübarizəyə beynəlxalq ictimaiyyətin cəlb edilməsidir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]