Ankarada yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq məsələləri müzakirə olunub

Ankarada yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq məsələləri müzakirə olunub

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin rəsmilərindən ibarət nümayəndə heyəti Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olub.


Nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Ankara şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib.


İki qardaş ölkə arasında ötən ilin sonunda mədənçilik sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata  keçirilən səfər zamanı mədənçiliyin inkişafı, geoloji araşdırmalar, yeraltı sərvətlərin işlənilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə fəaliyyətin təşkili  imkanları müzakirə olunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]