Masallıda mini futbol turnirinə yekun vurulub (AZpress.AZ, Akif Ağayev, +FOTO=3)

Masallıda mini futbol turnirinə yekun vurulub (AZpress.AZ, Akif Ağayev, +FOTO=3)

Masallıda mini futbol turnirinə yekun vurulub (AZpress.AZ, Akif Ağayev, +FOTO=3)

 

Finalda “Qala-95” (Ərkivan) və “Binə Xocavar” komandaları görüşüb

 

 

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş kişilər arasında mini futbol turnirinə yekun vurulub.

 

Aprelin 23-dən start götürən yarışlarda 12 həvəskar komanda mübarizə aparıb.

 

Finala “Qala-95” (Ərkivan) və “Binə Xocavar” komandaları vəsiqə qazanıb.

 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, komandaların həlledici görüşü mayın 13-də, Ərkivan qəsəbə mərkəzi stadionunda baş tutub.

 

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 3:1 “Binə Xocavar” komandasının xeyrinə qurtarıb.

 

Beləliklə, 3 qrup üzrə keçirilən yarışların yekun nəticəsinə görə “Binə Xocavar” birinci, “Qala-95” (Ərkivan) ikinci, “Qartallar” (Masallı) və “Şatıroba” komandaları üçüncü yerə sahib olublar.

 

Turnirin sonunda mükafatlandırma mərasimi olub. Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov komandaları təbrik edib, turnirin keçirilməsində əsas məqsədin Ulu Öndərin xatirəsini yad etmək, eyni zamanda, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan marağını artırmaq olduğunu qeyd edib.

 

Qalib komandalara təşkilat komitəsinin kubok, diplom və pul mükafatları təqdim olunub. Nominasiyalar üzrə - Bəhruz Rəhimov (ən yaxşı qapıçı), Kamandar Sabirli (ən yaxşı oyunçu), Röyal İbadov (ən yaxşı hücumçu) və Azad Rəhimov (turnirdə göstərdiyi köməyə görə) diplomlarla təltif ediliblər.

 

Akif VAQİFOĞLU,

MASALLI.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]