Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək

Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək.

“Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçiriləcək festivalın əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaqdır.

Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 10 peşə haqqında maarifləndirici tədbirlər də həyata keçiriləcək.  

İştirakçılara həmin peşə sahibləri ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, peşə və ixtisas seçiminə dəstək göstəriləcək.

Festivala ilk olaraq 15 may tarixində Şamaxı şəhərində start veriləcək.

Ümumilikdə,  Festival aşağıda qeyd edilən rayon və şəhərləri əhatə edəcək:

-  Şamaxı -15 may

-  Sumqayıt - 17 may

-  Lənkəran - 19 may

-  Şirvan - 21 may

-  Bakı - 23 may

-  Şəki - 25 may

-  Mingəçevir - 27 may

-  Bərdə - 30 may

-  Gəncə - 1 iyun

-  Qazax - 2 iyun

Festival çərcivəsində təqdim olunacaq peşələr isə bunlardır:

-  Aşbaz

-  Dərzi

-  Bərbər-vizajist

-  Frontend developer

-  Qrafik-dizayner

-  İnteryer-dizayner

-  Kompüter proqram təminatçısı

-  Elektrik

-  Təmirçi çilingər

-  Elektron cihazların təmirçisi

Festivala qatılan iştirakçılar əmək bazarında peşələrə və peşələr üzrə bacarıqlara olan tələblər, gələcəkdə əmək bazarının necə formalaşacağı barədə məlumatlara sahib olacaqlar. Tədbirdə iştirak ödənişsizdir.

Öyrən, Əylən, Peşəni seç!

Ətraflı məlumat üçün: https://peshelerfestivali.az/

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]