ABŞ Ukraynaya artilleriya qurğuları verdi

ABŞ Ukraynaya artilleriya qurğuları verdi

ABŞ Ukraynaya artilleriya qurğuları verdi 

 

ABŞ Ukraynaya 155 mm çaplı M777 artilleriya qurğularının təhvil verilməsini başa çatdırıb.

Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.

Səfirliyin məlumatına görə, haubitsaların demək olar ki, hamısı, planlaşdırılan 90 ədəddən 89 ədədi artıq rəsmi Kiyevə təhvil verilib.

Məlumatda o da deyilir ki, artilleriya sistemləri artıq Ukrayna ordusu tərəfindən cəbhədə istifadə olunur.

M777 155 mm kalibrli yüngül yedəkdə daşınan artilleriya qurğusudur. Sistemin atış məsafəsi 40 kilometrdir. İraq və Əfqanıstanda aktiv istifadə olunan silahlar yüksək dəqiqliklə hədəfləri məhv edə bilir.

Pentaqonun 310 Ukrayna əsgərinin bu tip haubitsalarla işləmək üçün təlim keçdiyini bildirilir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]