Ukrayna Avroviziya 2022 də baş verən saxtakarlığı ifşa etdi +FOTOFAKT

Ukrayna “Avroviziya 2022”də baş verən saxtakarlığı ifşa etdi +FOTOFAKT

Ukrayna “Avroviziya 2022”də baş verən saxtakarlığı ifşa etdi +FOTOFAKT

 

“Avroviziya-2022” mahnı müsabiqəsində qalib gələn Ukrayna münsiflər heyətinin üzvü, müğənni İrina Fedişin yarışmanın təşkilatçılarından şikayətlənib.

 

 

Bu barədə müğənni özü açıqlama yayıb.

 

 

O, müsabiqə təşkilatçılarını saxtakarlıqda ittiham edərək, Ukraynanın Polşaya verdiyi 10 xalın hesablanmadığını bildirib. Fedişin polşalı sənətçiyə 10 bal versələr də, sıfır kimi qeyd olunmasına aydınlıq gətirilməsini tələb edib.

 

 

"Münsiflər heyətinin heç biri Polşanı kimin nə qədər və necə kömək etməsi meyarına görə qiymətləndirməyib. Biz gələndə "Avroviziya"nın təşkilat komitəsindən belə bir mesaj gəldi ki, mən özüm şokda idim. Münsiflər heyətinin 5 üzvü, onlardan üçü Lvovdan bizə məlumat çatdırdı ki, dostlar, yalnız öz peşə təcrübəniz əsasında səs verin. Biz eyni otaqda idik və bizimlə bir notarius nümayəndəsi də var idi, o bizə nəzarət edirdi, bütün normalara uyğunluğa görə. Qara qalın hərflərlə yazılmışdı ki, ölkələri qərəzsiz, ədalətli, peşəkarlıqla qiymətləndirin, heç kəsi zahiri görkəminə, milliyyətinə, cinsinə görə gözdən salmayın... Amma mən anlamıram ki, bu, siyasi yarışdırmı?”, - Fedişin mətbuata açıqlamasında bildirib.

 

 

Oxşar hadisə Azərbaycan nümayəndə heyətinin də başına gəlib. Belə ki, Azərbaycan Ukraynaya 12 xal versə də, bu rəqəmlər Briyaniyanın hesabına yazılıb. Əvəzində Ukraynanın hesabına 6 xal əlavə olunub.

 

 

Qeyd edək ki, Ukrayna münsiflər heyətinin səsləri yarışmada belə verilib:

 

• Böyük Britaniya - 12 xal
• Portuqaliya - 10 xal
• Niderland - 8 xal
• Yunanıstan - 7 xal
• İsveçrə - 6 xal
• Azərbaycan - 5 xal
• İsveç - 4 xal
• Avstraliya - 3 xal
• Ermənistan - 2 xal
• Çexiya - 1 xal

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]