Botanika İnstitutunda doktorant və dissertantların yay imtahan sessiyası keçirilib +FOTO=5

Botanika İnstitutunda doktorant və dissertantların yay imtahan sessiyası keçirilib +FOTO=5

Botanika İnstitutunda doktorant və dissertantların yay imtahan sessiyası keçirilib 

 

Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin yay imtahan sessiyasının keçirilməsi, ixtisas və fərq doktorluq imtahanlarının qəbulu ilə bağlı 5 aprel 2022-ci il tarixli 100 nömrəli sərəncamına əsasən AMEA Botanika İnstitunda 2417.01 “Botanika”ixtisası və “Ümumi biologiya”-dan fərq doktorluq imtahanı keçirilib.
İmtahanda 6 nəfər dissertant iştirak edib. Onlardan 5 nəfəri “Botanika” ixtisasından 1 nəfəri isə “ Ümumi biologiya”-dan fərq imtahanı verib.

 

Komissiyasının sədri AMEA Botanika İnstitutunun direktoru b.e.d, prof. S.C.İbadullayeva və digər üzvlərin iştirakı keçirilən imtahan şəffaf və mövcud qaydalara uyğun təşkil olunub. İddiaçılar 2 saat 30 dəqiqə müddətində imtahan biletlərini yazılı və şifahi cavablandırıb. Onların bilik səviyyəsi komissiya üzvləri tərəfindən əla və orta ballarla qiymətləndirilib.

 

İmtahanda AMEA Təhsil şöbəsinin nümayindələri Doktorantura sektorunun müdiri, b.e.f.d., dosent Tubuxanım Qasımzadə və baş mütəxəssis Sevinc Həsənova iştirak edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]