Sibel Canın konsertində şəhidlərimizin xatirəsi yad edildi

Sibel Canın konsertində şəhidlərimizin xatirəsi yad edildi

Türkiyənin məşhur müğənnisi Sibel Canın gözlənilən solo konserti baş tutub.


AZpress.AZ xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən gecə "Peachline" və "Kevents Group"un təşkilatçılığı ilə ərsəyə gəlib.


Konsertin aparıcısı ölkənin ən bahalı aparıcılarından olan Nəsib Nur olub.


Daha sonra Sibel Can səhnəyə Azərbaycan mahnısı ilə çıxıb.


O, məşhur “Sən gəlməz oldun” əsərini səsləndirib. İfaçı konsertinin əvvəlində sevənlərindən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini də istəyib.
Türkiyənin super ulduzu gecə boyunca canlı ifalarını səsləndirərək tamaşaçıların bir daha rəğbətini qazanıb.


Tamaşaçıların arasına düşən müğənniyə fanat ordusu "hücum" edib. Sibel Can mühafizəçilərin köməkliyi ilə səhnəyə qalxıb.


O, səhnədə Türkiyə və Azərbaycan bayraqlarını nümayiş etdirərək böyük alqış qazanıb.


Qeyd edək ki, müğənni konsertdə iki geyimdən istifadə edib. Sənətçinin ikinci libası Türkiyədə hazırlansa da, birinci paltarını "Oliviya Couture"nin rəhbəri tanınmış azərbaycanlı dizayneri və modelyeri Ulviyyə Pənaxova hazırlayıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]