Muzeyin Aran regional filialı Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü elan edir +FOTO=2
Bu xəbəri paylaş
Muzeyin Aran regional filialı Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü elan edir
Mayın 18-i Beynəlxalq Muzeylər Günü münasibətilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Kürdəmir rayonunda yerləşən Xaqani Şirvani adına Aran regional filialı ənənəvi olaraq "Açıq qapı" günü elan edir.
“Açıq qapı” günündə Kürdəmir rayon sakinləri və şəhərin qonaqları muzeyin zəngin ekspozisiyası ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.
Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, qədim tarixi, eləcə də klassiklərimiz barədə ətraflı məlumat veriləcək, onlar müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: [email protected]

