Gülağa Tənha: XALQIN VƏKİLİ – SƏN
Bu xəbəri paylaş
XALQIN VƏKİLİ – SƏN
YUNESKO-nun və İSESKO-nun Xoş-mə¬ramlı səfiri, Millət Və¬kili Mehriban xanım Əliyevaya
Millət vəkili var, seçkiyə qədər
Yalan söz toxumu əkir, yorulmur,
Unudur vədinə aldananları –
Közü qabağına çəkir, yorulmur.
Yüksək kürsülərə həvəsiyən – çox,
Düşünüb-daşınmır, bilmirəm, nədən,
Dediyi sözlərin, etdiyi vədin
Ömrü tamam olur elə o gündən.
Mısıb həzin-həzin yuxarı başda
Çoxları oynayıb «vəkil» oyunu,
Kürsüyə çıxanda yıxılmasa da,
Yalan vəd, qondarma söz yıxıb onu!
Vədəsin unudar əsl sevginin
Xalqın inamından doğulduğunu,
Yuvamız-yurdumuz Vətən borcunun
Vətəndaş borcundan yoğrulduğunu.
Ömrünü xalqına həsr eləmisən,
Hər arzun gözlərdən qəhəri silər.
Bu yurda Tanrıdan vəkil gəlmisən,
Xalq səni ömürlük vəkili bilər!
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)