Milli Məclisdə tərəfimdən vətəndaşların qəbulu keçirildi

Milli Məclisdə tərəfimdən vətəndaşların qəbulu keçirildi

Dünən Milli Məclisdə tərəfimdən vətəndaşların qəbulu keçirildi. Qəbulda şəhid ailələri, qazilər, idmançılar, eləcə də ayrı-ayrı vətəndaşlar iştirak etdi. Vətəndaşlarımız tərəfindən qəbul zamanı qaldırılan sosial, humanitar, tibb və digər məsələlərin bir qismi elə yerindəcə öz həllini tapdı. Eləcə də, digər müraciətlərlə bağlı aidiyyəti üzrə məktubların hazırlanması barədə tapşırıqlar verildi. Dövlət başçısının vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılması barədə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, müraciətlərin müsbət həlli istiqamətində tərəfimdən bütün addımlar atılır. Eləcə də, qəbulda iştirak edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya, həmçinin qəbulda iştirak edən vətəndaşlar müraciətlərinin həlli istiqamətində atılan addımlara, yaradılan şəraitə və səmimi qəbula görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]