Abşeronda zavodda yanğın baş verdi

Abşeronda zavodda yanğın baş verdi

Abşeronda zavodda yanğın baş verdi

 

Abşeronda zavodun ərazisində yanğın olub.


Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Ceyranbatan qəsəbəsində hazırda fəaliyyət göstərməyən ağac emalı zavodunun ərazisində ümumi sahəsi 672 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları, içərisində həcmi 5 m³ olan mazut çəni və soba yanıb. Yanğın zamanı sexin içərisində həcmi 30 litr olan 4 ədəd propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

 

Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]