AMEA-nın “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalı “Scopus” elmi bazasında yüksək impakt faktor alıb
Bu xəbəri paylaş
AMEA-nın “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalı “Scopus” elmi bazasında yüksək impakt faktor alıb
Məlum olduğu kimi, AMEA-da nəşr olunan jurnalların beynəlxalq reytinqinin yüksəldilməsi, mövcud dünya standartlarına uyğunlaşdırılması, akademik bazalarda təmsilçiliyi və beynəlxalq elmi ictimaiyyətə daha geniş tanıdılması məqsədilə mütəmadi olaraq əhəmiyyətli tədbirlər görülür.
Bu istiqamətdə görülmüş işlərin nəticəsi olaraq, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalı 2021-ci il üzrə “Scopus” bazasının qiymətləndirilməsində Q2 kvartilində yüksələrək 0,518 impakt faktor alıb.
Həmin jurnal üçün bu göstərici 2020-ci ildə Q3 kvartillə 0.28 impakt faktora bərabər olub.
Jurnalın baş redaktoru Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, məsul redaktoru isə r.e.d. Vüqar İsmayılovdur.
Qeyd edək ki, sözügedən jurnal 2016-cı ildən “Web of Science”in ilkin bazasına daxil olub.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)