"Ermənistan Xankəndini təcili boşaldacaq"- Separatçı rejim

"Ermənistan Xankəndini təcili boşaldacaq"- Separatçı rejim

"Ermənistan Xankəndini təcili boşaldacaq"-Separatçı rejim

 

Ermənistanın Azərbaycanın 5 təklifinə cavab verməsindən sonra Xankəndidən səs-küylü xəbər gözləmək olar. Özünü “dqr” adlandıran respublikanın bütün “nazirləri”, “prezidenti”, “deputatları” təcili olaraq Xankəndini azad etməli olacaqlar.

 

Bu fikirləri Ermənistan mətbuatına müsahibəsində Qarabağdakı separatçı rejimin “milli assambleyası”nın “ədalət fraksiyası”nın üzvü Metaxe Akopyan deyib.

 

“İrəvanın Azərbaycanın təklif etdiyi beş bəndə cavabının təfərrüatını yalnız Bakı onları qəbul etdikdən sonra ictimaiyyətə təqdim etməsi (Bakı Ermənistanın 5 təklifə 6 təkliflə cavabını “absurd yanaşma” adlandırıb – red.) artıq erməni xalqı üçün bir işarədir. İndi nəsə etməyə cəhd göstərmək belə mənasızdır. Bu bəndlərdə “dqr” lehinə heç bir müddəa görmədim. Ümumiyyətlə, bizə göstərildi ki, bütün bunların artıq heç biri olmayacaq. İrəvan Qarabağı rəsmən Azərbaycanın bir hissəsi kimi tanıyıb. Bu, onu göstərir ki, biz hamımız Ermənistana qayıtmalı olacağıq”, - o bildirib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]