Putinin bu ölkəyə girişi QADAĞAN EDİLDİ

Putinin bu ölkəyə girişi QADAĞAN EDİLDİ

Putinin bu ölkəyə girişi QADAĞAN EDİLDİ 

 

Kanadanın ictimai təhlükəsizlik naziri Marko Mendiçino Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, əvvəllər sanksiya tətbiq edilmiş minə yaxın Rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.

Bu barədə "İnterfax"ın məlumatında qeyd olunub.

"Biz indicə Putin və onun ətrafındakılar da daxil olmaqla, minə yaxın rusiyalının Kanadaya girişinə qadağa qoyulduğunu elan etmişik", - Mendiçino "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, "bütün bu insanlar artıq sanksiyalar altındadır", lakin "indi onlara Kanadaya giriş qadağan ediləcək".

Nazie qeyd edib ki, Kanada Ukraynanın çətin anında onu dəstəkləməyə davam edəcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]