Professor Kəmalə Neymanovanın sinfinin "Kamera Musiqisi Konsertləri seriyası" adlı konserti baş tutdu (AZpress.AZ, İ.Nəriman, +FOTO=5)

16 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Əməkdar incəsənət xadimi, professor Kəmalə Neymanovanın sinfinin "Kamera Musiqisi Konsertləri seriyası" adlı konserti keçirildi.

Tədbirdə istedadlı musiqiçilər Leyla Zeynalova, Osman Mustafazadə, Orxan Cumayevin ifasında F.Mendelsonun Fortepiano triosu N.2 (op.66, c moll) və professor Kəmalə Neymanova, Üzeyir Mahmudbəyli, Fatimə Nəsirli, Erol Rzayevin ifasında isə İ.Bramsın Fortepiano kvarteri N.3 (op.60, c moll) əsərləri dinləyicilərə təqdim olundu.

Peşəkar ifaçılıq bacarıqları ilə auditoriyanın diqqətini özünə çəkən musiqiçilərin ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]