18 may – Beynəlxalq Muzeylər Günü +FOTO

18 may – Beynəlxalq Muzeylər Günü +FOTO

18 may – Beynəlxalq Muzeylər Günü 4

 

Mayın 20-də saat 12:00-da Azərbaycan Milli Xalça Muzeyində 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək.

 

Gənc nəsli milli mədəni irsmizin qorunması istiqamətində maarifləndirmək, onların diqqətini muzeylərin, tarixi abidələrin mühafizəsinə cəlb etmək məqsədilə təşkil olunan tədbirdə ilk olaraq “Danışan abidələr” foto-sərgisi açılacaq. Sərgidə Qarabağın ermənilər tərəfindən işğalı dövründə dağıdılmış muzey və tarixi-mədəni abidələrimizin fotoları nümayiş etdiriləcək. Fotolardakı abidələr haqqında qonaqlara Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri məlumat verəcəklər.

 

Bununla yanaşı, Əməkdar rəssam Yelelena Haqverdiyeva ilə tekstil vitrajların hazırlanması, Əməkdar rəssam Taryer Bəşirovla çətən üzrə ustad dərsləri keçiriləcək.

 

Muzeyin balaca dostları üçün isə ekspozisiyada maraqlı və əyləncəli kvest oyunu təşkil olunacaq. Onlara Şuşa ili münasibətilə muzeyin Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Uçan xalça” marionet tamaşası göstəriləcək. “Uçan xalça” nağılı və onun əsasında hazırlanan ssenari, səhnə tərtibatı, həmçinin marionet kuklalar muzey əməkdaşları və muzeyin nəzdində fəaliyyət göstərən “Uşaq Birliyi”nin üzvləri tərəfindən ərsəyə gətirilib.

 

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il ICOM tərəfindən “Muzeylərin gücü” devizi elan edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]