Azərbaycan Elm və İnnovasiya Könüllüləri təşkilatı "Məqalə Saatları" layihəsinin ikinci mövsümünün təqdimatını keçirib - FOTO

Azərbaycan Elm və İnnovasiya Könüllüləri təşkilatı "Məqalə Saatları" layihəsinin ikinci mövsümünün təqdimatını keçirib - FOTO

Azərbaycan Elm və İnnovasiya Könüllüləri təşkilatı tərkibində fəaliyyət göstərən "Məqalə Saatları" layihəsinin ikinci mövsümünün təqdimatı 14 may tarixində "Qlobus centre - Resurs mərkəzində" mərkəzində keçirilib.


Tədbir AEİK sədri Cavid Quluyevin qonaqlar və təqdimatçılara xoş mesajı ilə başlayıb.


Daha sonra AEİK-in Azərbaycan üzrə sədri Elnur İmaməliyev öz növbəsində "Məqalə Saatları" layihəsinin ikinci mövsüm təqdimatını açıq elan edib. Açılışdan sonra təqdimatçılar hazırladıqları məqalə üzrə təqdimatlarını həyata keçiriblər.


Təqdimatda "Kök hüceyrələr: keçmişdən gələcəyə", "Parkinson xəstəliyi, genetik və biokimyəvi əsasları, müalicəsində ümid verən üsullar", "DiGeorge sindromu, təyin üsulları və müalicəsindəki son vəziyyət"  mövzularında çıxışlar edilib.


Qeyd edək ki, çıxışların hər birindən sonra "Məqalə Saatları" layihəsinin bu mövsümkü qonaqları sitogenetik Vüsalə Əliyeva, kök hüceyrə mütəxəssisi Rəşad Rəsulov, AMEA - Genetik Ehtiyyatlar İnstitutu, İnsan Genetikası laboratoriya müdiri Bayram Bayramov və genetik Dr.Mircavid Müslümöv dəyərli təcrübələrinə əsasən  təqdimatlara  əlavələrini ediblər.


Mükafatlandırma mərasimində qonaqlar təqdimatçılara sertifikatları təqdim ediblər. AEİK Azərbaycan üzrə sədri Elnur İmaməliyev isə öz növbəsində qonaqlara təşəkkürünü bildirib və onlara təşəkkürnamə təqdim edib.


"Məqalə Saatları" layihəsinin təqdimetmə mərasimindən dərhal sonra qonaqlarla "Azərbaycanda Genetika" mövzusunda müzakirə saatı keçirilib. Müzakirə saatında təşkilat könüllüləri və iştirakçılar qonaqların peşəkar iş təcrübəsi nəticəsində əldə etdikləri biliklərdən faydalanıblar.


Əziz gənclər, əgər siz də AEİK-in keçirdiyi seminar və konfranslarda iştirak etmək, öz məqalənizi yazmaq, paylaşılan məqalələri oxumaq istəyirsinizsə, @aeikvolunteer instagram səhifəsinə keçid edərək, açıqlamadakı linkdən istifadə edə bilərsiniz.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]