Vətən müharibəsi şəhidinin mövludu idi +FOTO=6

Vətən müharibəsi şəhidinin mövludu idi +FOTO=6

Vətən müharibəsi şəhidinin mövludu idi 

 

18 may tarixində Ağcabədinin Kəbirli kəndinin şəhidi Təhmasib Qarayevin cənnətdəki növbəti ad günü idi. Şəhidimizin doğmaları və qonaqlar əvvəlcə kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib. Sonra isə üz tutublar şəhidin təhsil aldığı M.Ə.Sabir adına Kəbirli kənd tam orta məktəbinə. Məktəbdə şəhidimizin xatirəsinə həsr olunmuş tədbir Azərbaycan Dövlət Himni və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutu ilə açıq elan olunub. Daha sonra məktəbin direktoru Ceyran xanım çıxış edərək şəhidimiz haqqında xatirələrini paylaşıb. Tədbirə Sumqayıtdan gələrək xüsusi qonaq qismində qoşulan şairə Esmira Günəş direktordan sonra çıxış edərək, şəhid Təhmasib Qarayevin xatirəsinə həsr etdiyi şeiri səsləndirib və öz hədiyyəsini şəhidimizin anasına təqdim edib. Qonaqların çıxışları bir-birini əvəz edərkən, şagirdlərin şeirləri də tədbirdə xüsusi abu-hava yaradıb. Tədbirin sonunda qonaqlar xatirə şəkilləri çəkdirərək, şəhidimizin evində verilən ehsan süfrəsinə dəvət olunublar. Burada qonaqlar həmçinin şəhid Təhmasibin ev muzeyi ilə də tanış olublar.

 Esmira Günəş

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]