Yığmaya yeni baş məşqçi təyin edilib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığmaya yeni baş məşqçi təyin edilib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığmaya yeni baş məşqçi təyin edilib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycanın kişilərdən ibarət basketbol üzrə yığmasının məşqçi postunda dəyişiklik olub. ABF-da (Azərbaycan Basketbol Federasiyası) verilən məlumata görə, Serbiyadan olan təcrübəli mütəxəssis Aleksandar Trifunoviç yığmanın yeni baş məşqçisi təyin edilib. Ona bu işdə litvalı Aurimas Yasilionis və yığmamızın sabiq çalışdırıcısı Samit Nuruzadə kömək edəcək.

 

Federasiya rəhbərliyi yeni məşqçilər korpusunun qarşısında Avropa çempionatının C divizionunda uğurla çıxış etməyi məqsəd qoyub. Çempionat iyunun 28-dən iyulun 3-dək Maltada keçiriləcək. Yığmamız A qrupunda Malta və Andorra millisiylə qarşılaşacaq. Federasiya rəhbərliyi yığmanın AÇ--dakı çıxışından asılı olaraq, serbiyalı mütəxəssislə müqaviləni uzada və ləğv edə bilər.
Yeri gəlmişkən, Trifunoviç ötən illərdə Serbiya, Yunanıstan, Litva, Qazaxıstan, Türkiyə, Rusiya və Bosniya-Hersoqovinada müxtəlif klublarla bir sıra uğurlara imza atıb.

 

Azərbaycan Basketbol Federasiyasından aldığımız məlumata görə, Aleksandar Trifunoviç idmançı karyerası ərzində Serbiyanın "Srvena Zvezda" (1986-88, 1991-97) və "Atlas" (2000-2001), Xorvatiyanın "Zadar" (1988-91), İsveçrənin "Fribur Olimpik" (1997-98), Polşanın "Şlensk Vroçlav" (1998-2000) klublarında çıxış edib. 1993 və 1994-cü illərdə Yuqoslaviya çempionu olub.

 

Məşqçilik karyerasına 2002-ci ildə Serbiyanın “Srvena Zvezda” klubunda başlayıb və bir mövsüm köməkçi olmaqla üç mövsüm bu klubun uğurları üçün çalışıb. 2006-07 və 2007-08 mövsümlərində Litvanın “Letuvos Ritas” klubunda ilk mövsümdə köməkçi, ikincidə isə baş məşqçi olmaqla iki il fəaliyyət göstərib. Daha sonra serbiyalı mütəxəssis 2008-09 mövsümündə Yunanıstanın “Panionios”, 2009-10-da Serbiyanın “Srvena Zvezda”, 2010-11-də Litvanın “Letuvos Ritas”, 2011-12-də “Jalqiris”, 2013-15-ci illərdə Qazaxıstanın “Astana”, 2016-17-də Türkiyənin “Yeşilgiresun Belediye”, 2017-18-də “Pınar Karşıyaka”, 2019-cu ildə Bosniya və Herseqovinanın “İqokeya” klublarında baş məqçi kimi fəaliyyət göstərib. Serbiyalı məşqçinin son iş yeri 2020-ci ildən çalışdığı Rusiyanın “Ximki” klubu olub.

 

Mütəxəssis baş məşqçi kimi 2007-ci ildə Litvanın “Letuvos Ritas” klubu ilə Baltik liqası çempionu, 2012-ci ildə eyni ölkənin "Jalqiris" klubunu çalışdırarkən Litva çempionu və eyni zamanda Litva kubokunun qalibi olub. Aleksandar Trifunoviç 2012-ci ildə "Jalqiris"lə həm də Baltik liqasının qalibi olub.

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]