Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində İsveçdə keçirilən seminarda təmsil olunur

Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində İsveçdə keçirilən seminarda təmsil olunur

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general mayoru Qulu Novruzov və Akademiyanın rəis müavini Araz Aslanlı Akademiyanın tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində 16-20 may tarixlərində Stokholm şəhərində keçirilən “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminarda iştirak üçün İsveçdə səfərdədirlər.


Kral Texnologiya İnstitutunun (KTH) ev sahibliyi etdiyi tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, bir sıra yerli və xarici ali təhsil müəssisələrinin rektorları, prorektorları, eləcə də digər rəhbər şəxsləri iştirak edirlər.


Tədbir rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsi məqsədilə keçirilir. Tədbirin açılış hissəsində ECAR layihəsinin qısa hesabatı dinlənilmiş, İsveçin aparıcı mühəndislik universiteti olan Kral Texnologiya İnstitutu, Litva universitetlərinin rektorlarının konfransı və onların Litva ali təhsilindəki rolu haqqında çıxışlar səsləndirilmişdir. Hazırda seminar proqram üzrə müvafiq təqdimatlarla öz işini davam etdirir.


Qeyd edək ki, Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası sahəsinə aid olan ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti üç ildir. Gömrük Akademiyasının layihədə tərəfdaşlığı 2021-ci il ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən dəyərləndirilərək qəbul edilib və Akademiyanın layihədə iştirakı 2022-ci ilin fevral ayında başlanılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]