Mərkəzi Gömrük Hospitalının həkimi Ümumdünya Səhiyyə Təşkilatının təlimçi sertifikatını qazanıb

Mərkəzi Gömrük Hospitalının həkimi Ümumdünya Səhiyyə Təşkilatının təlimçi sertifikatını qazanıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində TƏBİB-in əməkdaşlığı ilə “Təlimçilər Təlimi” (Training of Trainers) adlı  təlimlərə start verilib. Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva bu təlimlərdə fəal iştirak edib.


“Təlimçilər Təlimi” təlimlərinin məqsədi müəssisə səviyyəsində infeksiyanın qarşısının alınması və infeksiyaya nəzarət tədbirlərinin qiymətləndirilməsidir. Bunun üçün səhiyyə müəssisələrində bu işin qurulması, inkişaf və dəvam etdirilməsi üçün yerlı kadrların hazırlanmasına başlanmışdır.


Bu təlimlərin əsasını ÜST-ün İPC müəssisə proqramlarının icrası üçün tövsiyə etdiyi 5 addım təşkil edir. Bunlar fəaliyyətə hazırlıq; ilkin qiymətləndirmə, fəaliyyətin planının hazırlanması və yerinə yetirilməsi; təsirin qiymətləndirilməsi və proqramın uzunmüddətli perspektivdə dəstəklənməsidir.


“Təlimçilər Təlimi” təlimlərində daha təcrübəli mütəxəssislər öz bilik və bacarıqlarını nisbətən az təcrübəli təlimçilərlə bölüşürlər. Qeyd edək ki, təlimlər bir həftə davam edib.

Dilara Zamanova
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]