Azərbaycan çempionları müəyyənləşdi -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan çempionları müəyyənləşdi -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan çempionları müəyyənləşdi -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

20-22 may günləırində "Sərhədçi" Olimpiya İdman Kompleksində kişi və qadınlar arasında kikboksinqin low Kick və Full Contact versiyası üzrə sayca 26-cı Azərbaycan çempionatı keçirilib. Üç gün davam edən seçmə xarakterli bu çempionatda 43 konmandanın heyətində 200 idmançı rinq döyüşünə çıxıb. Kişilərin Low kick yarışında Nihad Tağızadə (51 kq), Elçin Bayramov (54 kq), Qiyas Şahmərdanov (60 kq), Fərid Vəlizadə (86 kq), və Orxan Məlikov (+91 kq) bütün rəqblərini məğlub edərək Azərbaycan çempionu adını qazanıb. Qadınların analji yarışında isə Fatima Rəcəbzadə (48 kq) Rumiyyə Vəliyeva (52 kq), Nurcan Hüseynova (56 kq),Tulin Ələkbərova (60 kq) və Esmira Məmmədova (65 kq) çempionluğu özünə təmin edib.

 

Kişilərin Full contact versiyası üzrə yarışında isə Amil Məmmədov (51 kq), Nicat Məhərrəmov (63,5 kq), Elxan Əliyev (71 kq), Saqi Salehli (75 kq), Xəyal Aslanov (86 kq), Sürət Qarayev (91 kq) və Amir Məmmədov (+91 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq, Azəbaycan çempionu olub. Bu versiyada qadınlar döyüşməyiblər.

 

Xatırladaq ki, çempionatın son günü ən güclü və titullu idmançılar arasında 12 çəki dərəcəsində seçmə (Gala Gecə) final döyüşləri keçirilib. Bu final döyüşlərindən 5-i Full Contact, 7-sı isə Low kick versiyasında olub.

 

Low kick yarışında 57 kq-da dünya çempionu Anar Məmmədov (Dinamo), 63,5 kq-da Arzuman Qədimov (Naxçıvan), 67 kq-da dünya çempionatının ikincisi Qəşəm Məmmədov, 71 kq-da dünya ikincisi Rəhim Əliyev (Qızıl əlcək), 75 kq çəki dərəcəsində ikiqat dünya çempionu, dəfələrlə Avropa və Azərbaycan çempionu olmuş Ramal Aslanov (Dinamo), i81 kq-da dünya üçüncüsü Elcan Ağakişiyev (Sərhədçi), +91 kq-da isə dünya çempionu Bəhram Rəcəbzadə fərqlənib. Bu yarışda ən diqqətçəkən döyüş məhz Rəcəbzadənin iştirakı ilə keçib. Onun iranlı Məhəmməd Klazarmaniyə qarşı döyüşü maraqla izlənib.

 

Full Contact versiyasına gəlincə, 54 kq-da DÇ-nın qalibi, AÇ-nın ikincisi və dəfələrlə Azərbaycan çempionu olmuş Camal Məmmədov (Dinamo), 57 kq-da dünya və Avropa çempionu Məhəmməd İmanov (Dinamo), 81 kq-da dünya birincisi Alim Nəbiyev, 60 kq0da Avropa çempionu Ramiz Məmmədov (Neftçi), 67 kq-da isə ğlkə çempionu Pərvin Heydərov (Qızıl əlcək) qələbəni qeyd edib.
Qeyd edək ki, "Gala Gecə"ni izləyənlər arasında MM-nın sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və bir sıra millət vəkilləri iştirak ediç.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]