Eldəniz Hüseynov "Radioloji müayinələr" rubrikasında "Kardiak MRT nədir?" sualını cavablandırıb

Eldəniz Hüseynov "Radioloji müayinələr" rubrikasında "Kardiak MRT nədir?" sualını cavablandırıb

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov “Radioloji müayinələr” rubrikasında “Kardiak MRT nədir?” sualını cavablandırıb.


Kardiak MRT- maqnit sahəsi  və xüsusi kompüter proqrqmından istifadə edərək ürəyin ətraflı görüntülərinin alınmasını təmin edən, qabaqcıl ürək-damar görüntüləmə metodudur. Kardiak MRT- invaziv prosedura ehtiyac olmadan ürək xəstəliklərinin növünü və xüsusiyyətləri haqqında ətraflı məlumat verərək, xəstəliyin sürətli diaqnostikasını və düzgün müalicə planlamasını təmin edən çox effektiv diaqnostik üsuldur. Yüksək keyfiyyətli görüntü təqdim edərkən radiasiyaya məruziyyət yaratmadığı üçün, təhlükəsiz diaqnostik üsullar arasında üstünlük verilən müasir müayinə metodudur.


Qeyd edək ki,Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin yüksəkixtissalı radioloqları tərəfindən  Kardiak MRT  Philips şirkətinə məxsus İngenia Elition X 3.0 Tesla gücündə yeni Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazında həyata keçirilir. MR koilləri ilə zəngin olan yeni MRT cihazı insan orqanizminin bütün orqan və toxumalarının müayinə etməyə və xəstəliklərin dəqiq diaqnostikanın aparılmasına imkan verir. İngenia Elition X 3.0T MRT cihazı vasitəsilə baş və onurğa beyin, ürək damar sistemi, qarın boşluğu orqanları, dayaq-hərəkət sistemi orqanları, süd vəzisi və bütün növ pediatrik müayinələr aparılır.


Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinə (012 404 08 08) nömrəsinə zəng vuraraq ətraflı məlumat almaq və müayinə üçün qeydiyyatdan keçmək mümkündür.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]