Şəhla Vahid Xəlilli: Miras bir dəyərdir...!!! (FOTO=14)

Şəhla Vahid Xəlilli: Miras bir dəyərdir...!!! (FOTO=14)

Fazil Xəlilli:

Simpozium üçün 170 nəfəri 16-19 may tarixlərində Quzanlı, Bərdə və Tərtərdə yerləşdirmək, onlardan 120 nəfərin 19 may tarixində İmarət, Cümə məscidi, Şəhidlər xiyabanı, Şahbulaq qalasına, indiyə qədər heç bir qrupun getmədiyi Xaçın su anbarı, Qutlu Musa türbəsi, Qara Pirim xanəgahı, Nigar nənə türbəsinə səfərini təşkil etmək əlbəttə bu sahədəki çoxillik təcrübənin nəticəsidir. Hədəfimiz alimlərimizi nəinki xarici ölkələrdə simpoziumlarda təmsil etmələrinə kömək etmək, eləcə də bölgə ziyalılarımızı alimlərimizlə görüşdürmək, bölgələrdə elmin inkişafına dəstək verməkdir. İndiyə qədər bu sahədə davamlı işlər gördük. Bizi bilən bilir. Əlbəttə səhvlərimiz, yanlışlarımız da vardır, imkanlarımız daxilində hər dəfə onları düzəltməyə çalışırıq. Simpoziuma maddi və mənəvi baxımdan dəstək verən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Millət Vəkili Qənirə Paşayevaya, Ağdam rayonu İcra hakimiyyətinə, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvlərinə, Simpoziumun Elmi və Təşkilat Komitəsinə, Hacı Siracəddin Həmidova, İkram ağa Ziyadova, Müntəxab Mirsədizadəyə, Nazim Paşa Quliyevə, Simpoziumun hər bir iştirakçısına, ADMİU və UNEC rəhbərliyinə, müəllimlərinə və tələbələrinə, Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd və Yerli media şirkətlərinə, İmPrint şirkətinə, İvanovka Çörək zavoduna, Amasiyalı azərbaycanlılara, İran Aşıqlar Birliyinə, Həmzə Nigari və Mirsədi ağa nəslinin digər nümayəndələrinə, zəhməti və əməyi olan hər kəsə minnətdarlıq edirəm. Biz birlikdə güclüyük!


Şəhla Vahid Xəlilli:

Çox ağır və məsuliyyətli bir işi üstləndik. Aylar əvvəldən hazırlıqlara başladıq. Çox həyəcanlı idim, düşünürdüm ki, bu işin altından qalxa biləcəyikmi. İndiyə qədər bir çox simpoziumlar həyata keçirmişdik. Hər biri də uğurla başa çatmışdı. Bu dəfəkinin həyəcanı tamam başqa idi. Çünki bu dəfə simpoziumu Qarabağda keçirməyi planlaşdırmışdıq və iştirakçıları işğaldan azad olunan yerlərə aparmağa söz vermişdik. Ora gedə bilməsəydik simpoziumun önəmi və anlamı azalacaqdı. Allahıma çox şükürlər olsun ki, bu dəfəki simpoziumu da uğurla başa vurduq. Bunu mənə yazılan çoxsaylı təşəkkürlərdən gördüm. Mən simpoziumda əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. Haqqınızı halal edin. Gələcək tədbirlərdə görüşmək ümidi ilə... Miras bir dəyərdir...!!!

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]