BDU könüllüləri qrupunun yaradılmasının 3-cü ildönümü qeyd olunub +FOTO=8

“BDU könüllüləri” qrupunun yaradılmasının 3-cü ildönümü qeyd olunub +FOTO=8

“BDU könüllüləri” qrupunun yaradılmasının 3-cü ildönümü qeyd olunub

 

Bakı Dövlət Universitetində (BDU) könüllülük hərəkatının yaradılmasının 3-cü ildönümü açıq havada konsert proqramı ilə qeyd olunub.

 

Universitetin futbol meydançasında keçirilən konsert proqramında “BDU könüllüləri” qrupunun üzvləri - Rəvan İmaməliyev, Aygün Məmmədova, Əli Heydərov, Məhluqə Məsimova, Leyla Allahverdiyeva, Selcan İbrahimova, Səbinə İbrahimxəlilova, Əziz Əzizov, İslam Məmmədov, Səbinə Həşimli, Milana İdrisova, Hüseyn Mustafayev, Günel Hətəmova, Lumu İspəndiyarzadə, Aidə Qurbanova, Aynurə Abbaszadə və Əli Heydərov müxtəlif musiqilər ifa ediblər. Həmçinin konsertin qonağı, gənc ifaçı Babək Rzayev də bir neçə musiqi səsləndirərək, tələbələrə xoş anlar yaşadıb.

 

Tədbirin sonunda “BDU könüllüləri” qrupunun sədri Nərmin Heydərova konsertin hazırlanmasında əməyi olan hər kəsə və iştirak edənlərə öz minnətdarlığını bildirib.
Tədbir BDU tələbələrinin “Yallı” rəqsi ilə başa çatıb.

 

Qeyd edək ki, “BDU könüllüləri” qrupu 2019-cu ildə yaranıb. Təşkilat ölkəmizdə uğurla həyata keçirilən könüllülük hərəkatının Universitetdə təşviq olunması istiqamətində müxtəlif tədbir və layihələr həyata keçirir. Ətrafında 700 nəfərdən çox tələbəni birləşdirən təşkilat Universitetin ictimai-sosial həyatında fəal rol oynayır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]