Kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib +FOTO=3

Kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib +FOTO=3

Kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 3 №-li RİOEUGŞM - də 2014-cü il və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda 49 nəfər idmançı (onlardan 14 nəfəri qızlardır) iştirak etmişdir.

 

Yekun nəticələrə əsasən qızlar arasında I yeri 7 xalla Fidan Yaqubova, II yeri 7 xalla Nurgül Qənbərli, III yeri 6 xalla Zeynəb Cəlilli, oğlanlar arasında I yeri 8 xalla Səfa Hümbətov, II yeri 7,5 xalla Kamran Babayev, III yeri 7 xalla Tunar Qarayev tutmuşdur.

 

Yarışın bağlanış mərasimində beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev və yarışların baş hakimləri qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

 

Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]