İsmayıllıda vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib - FOTO

İsmayıllıda vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib - FOTO

Mayın 23-də İsmayıllı rayonunda Milli Məclisin deputatı Novruzəli Aslanovun təşəbbüsü, Azərbaycan Vəkillər Kollegiyasının və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə vətəndaşlara hüquqi yardım aksiyası keçirilib.


Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatı Novruzəli Aslanov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Vəkillər Kollegiyasının üzvləri iştirak edib.


Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.


Aksiya zamanı  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri fərdi qaydada hər bir vətəndaşın müraciətini dinləyərək, onlara şifahi və yazılı hüquqi məsləhətlər verib, həmçinin müvafiq yazılı ərizələr tərtib ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]