Texnologiya və innovasiyalar İşçi qrupunun növbəti görüşü baş tutub

Texnologiya və innovasiyalar İşçi qrupunun növbəti görüşü baş tutub

19 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar İşçi qrupunun növbəti görüşü baş tutub.


Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, eyni zamanda İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Milli Elmlər Akademiyası nümayəndələri və ekspertlər iştirak ediblər.


Görüşdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini tərəfindən 2022-ci il 28 aprel tarixində təsdiq olunmuş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun Fəaliyyət Planı” çərçivəsində icrası nəzərdə tutulan tədbirlərin müzakirəsi həyata keçirilib.


Qlobal İnnovasiyalar İndeksinin 5.3.2-ci (yüksək texnologiya məhsullarının idxalı), 6.3.2-ci (yüksək texnologiya məhsullarının ixracı), 5.3.1-ci (Əqli mülkiyyətdən istifadəyə görə ödənişlər, ümumi ticarətin %-i) və 6.3.1-ci (Əqli mülkiyyətdən daxilolmalar,ümumi ticarətin %-i) subindeksləri ilə bağlı məlumatların müvafiq beynəlxalq təşkilatlara çatdırılması istiqamətində görüləcək işlər də müzakirə edilib. Müzakirələr nəticəsində beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və mövcud məlumatların tam şəkildə ötürülməsinə dair qərar qəbul olunub.


İclasın sonunda yerli şirkət tərəfindən hazırlanan vahid onlayn görüş platformasının test olunması və növbəti görüşün həmin platforma üzərindən təşkil olunmasına dair Qərar verilib.


“Texnologiya və innovasiyalar” işçi qrupuna rəhbərlik Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]