Azərbaycanla Özbəkistan qarşılıqlı turizm əlaqələrini genişləndirir

Azərbaycanla Özbəkistan qarşılıqlı turizm əlaqələrini genişləndirir

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı, birgə turizm marşrutlarının hazırlanması və turistik səfərlərin sayının artırılması məsələləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Özbəkistan Respublikasının Baş Nazirinin müavini, Turizm və mədəni irs naziri Əziz Abduxakimov arasında mayın 23-də  baş tutan görüşdə müzakirə olunub.


Görüş mayın 23-də Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşü çərçivəsində baş tutub.


Görüşdə Fuad Nağıyev Əziz Abduxakimova işğaldan azad olunan ərazilərin turizm potensialı, hazırlanan layihələr və həyata keçirilən işlər haqqında ətraflı məlumat verib.


Əziz Abduxakimov Özbəkistanın Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlı olduğunu, tərəflər arasında təcrübə mübadiləsinin aparılmasının, turizm şirkətləri arasında əməkdaşlığın təşkili və aviauçuşların sayının artırılması məsələlərinin önəmini vurğulayıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]