Qazaxıstan-Azərbaycan: dostluğun və strateji tərəfdaşlığın 30 ili - FOTO

Qazaxıstan-Azərbaycan: dostluğun və strateji tərəfdaşlığın 30 ili - FOTO

Qazaxıstan-Azərbaycan əməkdaşlığın indiki durumu və inkişaf perspektivləri 23 may 2022-ci il tarixində Bakıda, diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Qazaxıstan-Azərbaycan Ekspert Şurasının təsis edilməsinə həsr olunan Dəyir masanın iclasında iki ölkənin ekspertləri tərəfindən müzakirə olunub.


İclasda iştirak edən Qazaxıstanın Bakıdakı Səfiri Serjan Abdıkarimov, Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin Sədri Fərid Şəfiyev, ekspertlər, politoloqlar, hər iki ölkənin analitik və ictimai təşkilatlarının nümayəndələri yekdil fikrə gəliblər ki, Qazaxıstan və Azərbaycan 30 illik yubileyə dostluq və qarşılıqlı surətdə faydalı əlaqələrin möhkəmləndirilməsində böyük uğurlar və nailiyyətlər əldə edərək yaxınlaşırlar.


Qazaxıstan və Azərbaycan müstəqilliklərinin ilk çağlarında milli suverenlik və dövlətçilik quruculuğu, siyasi və iqtisadi transformasiya istiqamətində mürəkkəb yol keçərək bu gün Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında strateji tərəfdaş, beynəlxalq arenada və Türk dünyasında mühüm oyunçusuna çevriliblər. Burada genetik bağlılıq, coğrafi və tarixi yaxınlıq, iki ölkənin liderlərinin uzunmüddətli və səmimi dostluğu fundamental rol oynayıb və bunun sayəsində müasir Qazaxıstan-Azərbaycan əməkdaşlığın möhkəm əsası qoyulub.


Qazaxıstanda tanınmış siyasətçilər, sahibkarlar, elm, təhsil, mədəniyyət və idman xadimləri də daxil olmaqla, çoxsaylı Azərbaycan diasporası dayanıqlı və möhkəmləndirici amil və mənəvi körpü rolunu oynayır. Parlament Məclisinin deputatları Əbilfəs Xamədov və Məhərrəm Məhərrəmov, boks və ağır atletika üzrə dünya çempionları Qalib Cəfərov və Nicat Rəhimov, Jah Khalib təxəllüsü ilə çıxış edən tanınmış musiqiçi Bəxtiyar Məmmədov və bir çox başqaları Qazaxıstanın və ikitərəfli münasibətlərin iqtisadi, mədəni və siyasi sahələrində inkişafına öz gücləri çərçivəsində və layiqli töhfələrini verirlər.
Ötən 30 illik ikitərəfli qarşılıqlı əməkdaşlıq mərhələsinə nəzər yetirdikdə və görünməz xətt çəkdikdə dərk etmək olar ki, bütün bu dövr ərzində ölkə və xalqlar vahid keçmişin müsbət nəticələrini qoruyub saxlamağa və artırmağa can atıblar.


Bu gün yeni tarixi şəraitdə iki dövlət öz inkişafının, siyasi və iqtisadi prioritetlərin modernləşdirilməsinin yeni trayektoriyasına çıxaraq, dövlətlərarası münasibətlərdə yeni səhifə açır.
“Ағаш тамырымен, Адам досымен мықты” (Ağac kökləri ilə, insan isə dostları ilə güclüdür) qazax atalar misalında deyildiyi kimi, Qazaxıstan və Azərbaycan xalqlarının dostluğu və qardaşlığı nə qədər möhkəm olarsa, Qazaxıstan və Azərbaycan bu yüzilliyin çağırış və təhdidləri qarşısında bir o qədər də möhkəm olacaq.


Bütün bunlar ikitərəfli əməkdaşlığın yeni mərhələsinin iqtisadiyyat, ticarət, siyasət, mədəniyyət və iki ölkə və xalq üçün faydalı olan bütün əməkdaşlıq istiqamətləri sahəsində davamlı və hərtərəfli olacağına əminlik yaradır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]