Özbəkistanın dünya şöhrətli Özbegim Yoshları musiqi qrupunun konsertində Azərbaycanda təmsil olundu +FOTO=7

Özbəkistanın dünya şöhrətli “Özbegim Yoshları” musiqi qrupunun konsertində Azərbaycanda təmsil olundu +FOTO=7

Özbəkistanın dünya şöhrətli “Özbegim Yoshları” musiqi qrupunun konsertində Azərbaycanda təmsil olundu

 

Daşkənddə “Türkiston” sarayında Özbəkistanın dünyada tanınmış məşhur “Özbegim Yoshları” musiqi qrupunun 18 illiyi ilə əlaqədar böyük konsert proqramı keçirilib. Konsert proqramına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi dəstək göstərib. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları, çoxsaylı qonaqlar iştirak ediblər.

 

Tədbirdə Özbəkistan musiqiləri ilə yanaşı Azərbaycan musiqiləri də ifa edilib. Özbəkistanın xalq artisti Jenisbek Piyazov böyük Azərbaycan baritonu, Azərbaycan və SSRİ-nin xalq artisti Müslim Maqomayevin "More" mahnısını, beynəlxalq mükafatlar laureatı Sarvinoz Kamalova Azərbaycan, SSRİ, həm də Özbəkistanın xalq artisti Zeynəb Xanlarovanın “Bülbülüm” mahnısı ifa ediblər.

 

Konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin "Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları" rəqs ansamblı "Qafqaz rəqsini" və "Güllər kompozisiyası" rəqslərini ifa ediblər.
Qeyd edək ki, “Özbegim Yoshları” musiqi qrupu dünyanın 30-dən çox ölkəsində - Fransa, Amerika, Almaniya, Belçika, Çin, Malayziya, Nikaraqua, İtaliya, Yaponiya, Meksika, Rusiya və s. ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak etmiş və çoxsaylı mükafatlara layiq görülüb. Musiqi qrupunun Özbək mədəniyyəti, musiqisinə dair möhtəşəm təqdimatlar keçirdir və qrupda özbək musiqisinin bütün sahələrinin vokal, estrada, makom, şərq rəqslərinin əhatə olunur.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]