Müstəqillik Gününə həsr edilmiş Şərqdə doğan ilk hürriyyət adlı tədbir keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=15)

Müstəqillik Gününə həsr edilmiş “Şərqdə doğan ilk hürriyyət” adlı tədbir keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=15)

Müstəqillik Gününə həsr edilmiş “Şərqdə doğan ilk hürriyyət” adlı tədbir keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=15)

 

Bu il mayın 28 – də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Müsəlman şərqində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə istiqlaliyyətimizi elan edərək fəaliyyət göstərdiyi 23 ay ərzində xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirib.
Qeyd edək ki, 28 may 1918-ci il tarixinin mahiyyətini nəzərə alaraq 15 oktyabr 2021-ci ildə qəbul olunan “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə bu bayram artıq Müstəqillik Günü kimi qeyd ediləcək.

 

Ənənəyə sadiq qalaraq, respublikanın aparıcı muzeylərindən biri olan Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində istiqlalımızın təməli olan 28 May Müstəqillik Gününün əhəmiyyətini tərənnüm etmək məqsədilə 24 may 2022 – ci il tarixində saat 14:00-da “Şərqdə doğan ilk hürriyyət” adlı tədbir keçirildi.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə çıxış edərək hamını salamladı. Ardınca vətənimizin müstəqilliyi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra muzeyin əməkdaşı Ümidə Hacıyeva Demokratik Cümhuriyyətin yaranma tarixi və fəaliyyəti, həmçinin müasir müstəqil dövlətimizin inkişafı, onun dünya miqyasındakı mövqeyi, o cümlədən son illər xalqımızın dirçəlişi və rifahi naminə görülən işlər barədə geniş məruzə ilə çıxış etdi.

 

Tədbirin bədii hissəsində G. Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin direktoru Həziyeva Vəfa xanımın rəhbərliyi ilə məktəbin müəllim və şagird kollektivi müxtəlif musiqi nömrələri ilə çıxış etdilər. Konsertmeyster Dürdanə Axundovanın müşayiəti ilə şagirdlər – Quliyeva Ayan skripkada (müəllim: Salayeva Natavan) Fikrət Əmirovun “Lirik rəqs”, Respublika və Beynəlxalq müsabiqələr laureatı Rzazadə Asim klarnetdə (müəllim: Məmmədov Vaqif) "Laçın" Azərbaycan xalq mahnısını ifa etdilər. Ardınca Həlimə Həsənova (müəllim:Cəmilə Səmədzadə) Asəf Zeynallının "Ölkəm", İbrahimli Zümrüd (müəllim: Cəmilə Səmədzadə) Fikrət Əmirovun “Rəqs”, Məmmədova Fatimə (müəllim: Qafarova Kəmalə) Qara Qarayevin "Vals", Quliyeva Fatimə (müəllim: Quliyeva İsmət) Elmira Nəzirovanın “Prelüd”, Piriyeva Lalə öz bəstəsi “Prelüd” (müəllim: Sevinc Əliyeva), Hüseynli Xədicə (müəllim: Süleymanova Nuridə) “Dilcan” Azərbaycan xalq rəqsi ilə çıxış etdilər. Daha sonra qonaqlar Həsənli Duyğu və Bakı Musiqi Akademiyasının tələbəsi Həsənli Səmranın birgə ifasında Fikrət Əmirovun “Sevil” operasından Dilbərin ariyasını, Cahangirli Rəsulun ifasında isə (müəllim: Yevgeniya Məmmədova) Müslüm Maqomayevin “Azərbaycan”, Tofiq Quliyevin "Sənə də qalmaz" mahnılarını dinlədilər. Konsertmeyster Axundova Dürdanənin müşayiəti ilə şagirdlər - Həsənzadə Ləman, Həsənzadə Lamiyə, Sadıqova Zəhra, Səfərli Ziba, Səfərli Məhəmməd kamançalar və qanunlarda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından rəqs, Şıxəliyeva Zərifin müşayiəti ilə Əlizadə Aytac isə (müəllim: Axundova Dürdanə) kamançada Fikrət Əmirovun “Məhəbbət rəqsi” musiqisi ilə çıxış etdilər. Həmçinin tədbirdə məktəbin müəllimləri kamançada Şıxəliyeva Zərif və pianoda Axundova Dürdanə Sevil Əliyevanın “Qayıt əzizim” romansını ifa etdilər.

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, xoreoqraf Afaq Hüseynovanın bədii rəhbərliyi altında Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən “Buta” rəqs qrupu da öz nömrələrilə tədbirə qoşuldular .

 

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dillər Universitetinin tələbələri, muzey əməkdaşları və media nümayəndələri iştirak etdilər. Sonda xatirə şəkli çəkildi.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]