Qondarma erməni adlarına son: Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı

Qondarma erməni adlarına son: Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı

Qondarma erməni adlarına son: Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı

 

Vətən müharibəsində işğala son qoyulduqdan sonra “Google maps” Azərbaycan əraziləri ilə bağlı adları yeniləyib.

İşğal dövründə Qarabağdakı əraziləri, şəhər və qəsəbə adlarını erməni dilində təqdim edən “Google maps”da artıq ermənilərin qoyduğu qondarma adlar silinib.

Ermənilərə ən çox təsir edən isə işğal dövründə “Stepanakert” olaraq təqdim edilən Xankəndinin gerçək adının bərpa olunmasıdır. Hətta Xankəndidəki yer adları, küçələr, o cümlədən separatçı-terrorçu rejimin müvəqqəti qalmış qondarma “inzibati binaları” belə Azərbaycan dilində qeyd olunur: restoranlar, parklar, mağazalar, “Tarix-Coğrafiya Muzeyi”, “Xankəndi stadionu”, qondarma “parlament”, “xarici işlər nazirliyi”, “poçt”, “dövlət universiteti” və s;

İşğal dövründə bu adlar erməni, ingilis, yaxud rus dilində idi. İndi isə yalnız Azərbaycan dilində qeyd olunur, erməni dilində variantı belə yoxdur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]