Qadın güləşçilərimiz reytinq xarakterli turnirə qatılacaqlar -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Qadın güləşçilərimiz reytinq xarakterli turnirə qatılacaqlar -İNTİQAM təqdim edir (AZpress.AZ)
Qadınlardan ibarət yığmamız baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Qazaxıstanda yerli idmançılarla birlikdə təlim-məşq toplanışını davam etdirir. Qeyd edək ki, yerli komandanın üzvləriylə birgə hazırlıq başa çatandan sonra xanım idmançılarımız Almatıda təşkil olunacaq Bolat Turlıxanov Kubokunda iştirak edəcəklər. İyunun 2-dən 5-dək baş tutacaq bu yarış ilin 2-ci reytinq xarakterli turniri olacaqr.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, bəlli turnirdə ölkəmiz 8 güləşçi ilə təmsil olunacaq. Səkkizlikdə Tühkan Nəsirov Şahanə Nəzərova (hər ikisi 50 kq), Tatyana Vorontsova, Leyla Qurbanova (hər ikisi 53 kq), Alena Kolesnik (59 kq). Jalə Əliyeva, Tatyana Omelçenko (hər ikisi 60 kq) və Elis Manolova (65 kq) yer alıb. Turnirdə Azərbaycan və ev sahibi ilə yanaşı, Norveç, Özbəkistan, Monqolıstan, Hindistan, Misir və Qırğızıstan idmançıları mübarizə aparacaqlar.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



