Azərbaycan paralimpiyaçıları İsveçrə Qran-Prisində -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan paralimpiyaçıları İsveçrə Qran-Prisində -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan paralimpiyaçıları İsveçrə Qran-Prisində -İNTİQAM təqdim edir (AZpress.AZ)

 


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandası İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Priyə qatılıb.

 

Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Qran-Pridən öncə paralimpiya yarışlarının qaydalarına uyğun olaraq idmançılar üçün tibbi təsnifat təşkil olunub. Milli komandanın üzvləri Oloxan Musayev, Arzuman Paxırov, Nicat Vəlizadə və Rasim Yaxin da beynəlxalq həkimlərin iştirakıyla baş tutmuş tibbi təsnifatda iştirak edib. İdmançılarımızın 4-ü də tibbi təsnifatdan uğurla keçib.

 

Milli komandanın digər üzvləri Elvin Astanov, Toğrul Hümbətov, Elçin Muradov və Samir Nəbiyevin isə əvvəlki təsnifat müddətləri bitmədikləri üçün yarışa birbaşa buraxılıblar.

Yarışlara bu gün start verilib.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]