Filarmoniyada Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr edilmiş konsert keçiriləcək +FOTO=2

Filarmoniyada Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr edilmiş konsert keçiriləcək +FOTO=2

Filarmoniyada Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr edilmiş konsert keçiriləcək  

 

İyunun 2-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış dirijor, Azərbaycanın Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə ilk dəfə olaraq 17 nömrəli Bakı Uşaq Musiqi Məktəbinin Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunmuş konserti təşkil ediləcək. Konsertdə məktəbin əlaçı, istedadlı şagirdləri tərəfindən Azərbaycan və dünya klassik bəstəkarlarının əsərləri ifa olunacaq.


Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 17 nömrəli Uşaq Musiqi Məktəbi 1961-ci ildə fəaliyyətə başlayıb. Məktəbdə 4 şöbə - fortepiano, xalq çalğı alətləri şöbəsi, simli və nəfəsli alətlər, həmçinin nəzəriyyə şöbələri fəaliyyət göstərir. Ötən 61 il ərzində bu məktəbi 1000-dən artıq şagird bitirmişdir. Onların bir-çoxu hazırda Bakının müxtəlif musiqi məktəblərində pedaqoji fəaliyyət göstərirlər. Məktəbə 2019-cu ildən Samirə İsayeva rəhbərlik edir. O, istedadlı musiqiçi və bacarıqlı təşkilatçı kimi özünün son illərdəki fəaliyyəti dövründə müxtəlif maraqlı tədbirlər, konsertlər təşkil edərək, məktəbin reytinqinin yüksəlməsində, onun professional baxımdan inkişafında, şagirdlərin vətənpərvər ruhlu əsərlərlə mənəvi-estetik tərbiyəsində mühüm rolu olub. Son illər ərzində məktəbin şagirdləri müxtəlif müsabiqələrdə uğurla çıxış edərək, qalib olmuş, yüksək yerlərə layiq görülmüşlər.

Lalə Qasımova

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]