Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin 28 May "Müstəqillik Gün"nə həsr olunmuş konserti keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=82)

27 May 2022- ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında,"Şuşa ili"çərçivəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin 28 May "Müstəqillik Günü"nə həsr olunmuş konserti keçirildi. Konsertdə məktəbin şagirdlərindən ibarət Dövlət Uşaq-Gənclər Simfonik Orkestri, Nəfəs Alətləri Orkestri, Xalq Çalğı Alətləri Orkestri, Məktəbin Xoru və solistlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, Üzeyir Hacıbəylinin "Cəngi", Fikrət Əmirovun "Azərbaycan elləri", "Şuşa", "Qarabağ şikəstəsi", Qara Qarayevin "Azərbaycan marşı", Vasif Adıgözəlovun "Bayram suitası" rus və avropa bəstəkarlarının əsərləri səsləndirildi.

Konsertdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyeva və digər rəsmi qonaqlar şagirdləri bu günki gün münasibətilə təbrik edərək, onlara yaradıcılıq uğurları arzuladılar.
Konsert tamaşaçıların alqışları ilə başa çatdı.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]