Esmira Günəşin "Qürur yerimiz" kitabının növbəti təqdimatı Sabunçu rayonunda oldu +FOTO=26

Esmira Günəşin "Qürur yerimiz" kitabının növbəti təqdimatı Sabunçu rayonunda oldu +FOTO=26

Esmira Günəşin "Qürur yerimiz" kitabının növbəti təqdimatı Sabunçu rayonunda oldu 

 

 

Mayın 28-i şairə Esmira Günəş şəhidlərə həsr olunmuş "Qürur yerimiz" kitabına Sabunçu rayonunda təqdimat keçirdi. Tədbir şəhid İsrayıl Cəfərzadənin ev muzeyində baş tutdu. Tədbirdə şəhid İsrayıl Cəfərzadənin, şəhid Əkbər Hüseynovun, şəhid İqbal Astanlının, şəhid Səbuhi Əsədovun, şəhid Saleh Əliyevin, şəhid Mehdi Fərzullazadənin, şəhid Nazim Zahirovun, şəhid Rəsul Ağakişiyevin, şəhid Əli Seydovun ailləri ilə yanaşı həm də bir sıra hörmətli qonaqlar iştirak edirdilər. Tədbir Esmira Günəşin aparıçılığı ilə Azərbaycan Respublikasının Dövlət Himni oxunaraq açıq elan olunduqdan sonra 1 dəqiqəlik sükutla şəhidlərimin xatirəsi yad edilib. Daha sonra çıxış üçün ilk söz şəhid İsrayıl Cəfərzadənin atasına və anasına verilib. Onlar qonaqları salamlayaraq şəhidlərlə bağlı gözəl fikirlər paylaşıblar. Tədbir şəhid İsrayıl Cəfərzadənin təhsil aldığı 148 nömrəli məktəbin hazırladığı kompozisiyalarla davam edib. Şairə Esmira Günəş şəhid ailələrinə kitablarını təqdim edərək onlara həsr etdiyi şeirləri səsləndirib. Tədbirdə həmçinin müğənni Vasif Əzimov, Xəyalə Abdullayeva və əməkdar artist Fəridə Məlikova da iştirak edib. Xəyalə Abdullayeva "Qürur yerimiz" kitabında nəşr olunan şairə Esmira Günəşin şeirinin bəstəkar Yaqut Almaz tərəfindən bəstələnmiş musiqisini səsləndirərək hər kəsi kövrəldib. Tədbirin sonunda gənc rəssam Fatimə xanım öz rəsm əsərini və könüllü gənclər gətirdikləri gül buketləri şəhidimizin anasına təqdim ediblər. Tədbir xatirə şəkilləri ilə yekunlaşıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]